“COVID-19” pasportu olmayan 166 nəfər toya buraxılmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 344 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 166 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Oxşar xəbərlər
Ötən gün 999 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
Ötən gün Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Ba...