DİN-dən toy şənliyinə buraxılmayanlarla bağlı MƏLUMAT

İyulun 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 244 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən (DİN) BAKU.WS-ə verilən məlumata görə, monitorinq 185 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;-1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;- 89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;- 2 şəxs barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;
- 1562 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Oxşar xəbərlər
“Neolit”dəki toya görə saxlanılan inzibatçı həbs edildi - VİDEO
Bir neçə gün əvvəl “Neolit” şadlıq sarayında karantin rejimini pozaraq toy məclisi keçirilməsi ilə bağlı restoranın inzibatçısı 10 sutka həbs edilib. BAKU.WS Ax...
