Dünən 2 minə yaxın şəxs toya buraxılmayıb

Dünən COVID-19 pasportu olmayan 2 minə yaxın şəxs toya buraxılmayıb.
DİN Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 28-də Bakı şəhərində və respublika ərazisində 294 toy şənliyinin monitorinqi həyata keçirilib. Monitorinq 213 şadlıq sarayında, 81 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 100 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib; - 4 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;- 1977 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Oxşar xəbərlər
Toylara 2476 nəfər buraxılmadı, 120 nəfər cərimələndi
Ötən gün 2 476 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən mə...
