Bu rayonlarda məhsullar daha ucuz qiymətə satışa çıxarılır
"Regionlarda bazarlar inkişaf edib və ən ucuz obyektlər məhsulun çeşidinə görə fərqlənir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri əlavə edib ki, Qarabağ və Aran rayonlarında daha çox ət məhsulları bazarları məşhurdur. Bu rayonlarda qiymətlər digərlərin çox fərqlənir:
"Cənub zonasında tərəvəz məhsullarının bazarı digərlərinə nisbətən ucuzdur. Naxçıvanda ərik, şaftalı meyvələri digər bazarlardan ucuz satışa çıxarılır. Yəni hər bir bölgəmiz öz spesifik məhsuluna görə digərlərindən fərqlənir və ixtisaslaşmış artıq regionlardır. Bu baxımdan düşünürəm ki, regionlarda ən ucuz bazarı müəyyən məhsulun növünə görə dəyişir.
Ümumiyyətlə, region bazarları şəhər bazarına nisbətən daha ucuz mallar təklif edir. Bu təbii faktordur ki, məhz kənd təsərrüfatı regionlarda inkişaf etdiyinə görə məhsulun başa gəlmə xərcləri az olur və yükdaşıma, yükboşaltma və digər xərclər tələb olunmadığına görə bazara daha ucuz qiymətə çıxarılır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək
Məlum olduğu kimi Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əməkhaqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Belə ki, dəyişi...