Bu rayonlarda çalışan müəllimlərin MAAŞLARI ARTACAQ

Bu rayonlarda çalışan müəllimlərin MAAŞLARI ARTACAQ
Sosial 4826
Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək məqsədilə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin növbəti ildə başa çatdırılması nəzərdə tutulur.BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, bu barədə 2018-ci ilə Azərbaycan Respublikasının büdcə layihəsində nəzərdə tutulub.Layihədə qeyd olunur ki, respublikanın qalan 26 şəhər və rayonunda, o cümlədən Şəki, Naftalan, Mingəçevir şəhərlərində, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Beyləqan, Bərdə, Zaqatala, Oğuz, Zəngilan, Qaz, Qazax, Qəbələ, Tovuz, Goranboy, Kəlbəcər, Xocalı, Yevlax, Laçın, Tərtər, Füzuli, Xocavənd, Göyçay, Cəbrayıl rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub. Bununla bağlı növbəti ilin dövlət büdcəsi layihəsində 70.6 milyon manat vəsait proqnozlaşdırılır.BAKU.WS

Oxşar xəbərlər

Naxçıvanda müəllimlərin maaşları artırılır - Vasif Talıbovdan sərəncam

Naxçıvanda müəllimlərin maaşları artırılır - Vasif Talıbovdan sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlar...

1964 Sosial 08:52 19 sentyabr 2017

Son xəbərlər