Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq
Sosial 1639

 

Gələn il Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək rayon və şəhərlərin sayı artırılacaq.

Trend-in məlumatına görə, 2017-ci ilin dövlət büdcəsində bunun üçün vəsait nəzərdə tutulub.

Müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, daha bilikli insanların bu peşəni seçməsinə stimul yaradılması, müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərində və respublikanın 12 şəhər və rayonunda (Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı, Sabirabad) müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Həmin tədbirin tətbiqi hesabına dövlət orta məktəblərində çalışan müəllimlərin həftəlik dərs yükü norması 12 saatdan 18 saata qədər çatdırılaraq onların aylıq vəzifə maaşları 2 dəfə artırılıb.

2017-ci ildə isə Naxçıvan MR-da, habelə respublikanın 26 rayon və şəhərində dövlət orta məktəblərində çalışan müaəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə əlavə 80 milyon manat proznozlaşdırılıb. Növbəti mərhələdə respublikanın qalan 26 şəhər və rayonunda bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

BAKU.WS

Oxşar xəbərlər

25 431 müəllimin maaşı artırıldı

25 431 müəllimin maaşı artırıldı

Bu tədris ilində Azərbaycanın 12 şəhər və rayonu üzrə diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimin (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi)...

1539 Sosial 12:33 08 iyun 2016

Son xəbərlər