İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi
Sosial 6618
Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.BAKU.WS məlumat verir ki, sərəncama əsasən, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 38) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib:“1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar”.Sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.BAKU.WS

Oxşar xəbərlər

50 minə yaxın müəllimin maaşı ARTIRILA BİLƏR

50 minə yaxın müəllimin maaşı ARTIRILA BİLƏR

Cari ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik...

1590 Sosial 18:09 15 fevral 2017

Son xəbərlər