Müəllimlər üçün XƏBƏR VAR

Müəllimlər üçün XƏBƏR VAR
Sosial 2299

Aprelin 16-dan Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, qiymətləndirmə 5 gün davam edəcək. 10 min nəfərdən çox müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla "Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

45 min müəllimin maaşı artırılacaq

45 min müəllimin maaşı artırılacaq

Bu il ərzində Azərbaycanda 45 minə yaxın müəllim diaqnostik qiymətləndirməyə cəlb ediləcək. Bunun nəticəsində 2018-ci ilin yanvar ayından 45 minə yaxın müəllimi...

1814 Sosial 09:23 08 aprel 2017

Son xəbərlər