Bu il 50 modul tipli məktəb istifadəyə veriləcək
30
avq
2019
15:57
Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.Bu il ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı təmiri, 253 məktəbin cari təmir olunması, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara işlərə başlanılıb.
Belə ki, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat ayrılıb.Eləcə də, respublika üzrə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 8.7 milyon manat vəsait ayrılıb.Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.
Oxşar xəbərlər
Bakıda bu məktəblər sökülür – SİYAHI – FOTO
Bakı məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Hazırda 6 məktəbdə təmir-tikinti işləri aparılır, 1 məktəb üçün yeni binanın tikintisi başa çatdı...