Brilliant Dadaşovanın həyat yoldaşı yeni vəzifəyə təyin edildi
14
fev
2026
16:14
Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.
BAKU.WS xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.
Məlumat üçün bildirək ki, Ədalət Hacıyev bu təyinatadək (2008-2026) Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsində çalışıb.
Mədəniyyət nazirinin əmri ilə onu bu vəzifədə nazir müşaviri Oleq Əmirbəyov əvəz edib.
Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.
Oxşar xəbərlər
Azərbaycan əhalisinin sayı açıqlandı
Bu ilin əvvəlindən Azərbaycanın əhalisi 11 min 99 nəfər artıb. BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı 0.1 faiz arta...