Biləcəri-Xıradalan-Sumqayıt qatarı pulsuz işləyəcək
12
may
2017
13:15
Biləcəri-Xıradalan-Sumqayıt dəmir yolu marşrutu ilə sərnişinlər ödənişsiz daşınacaq.
"Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumatda bildirilir:
"12 və 22 may 2017-ci il tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, "Koroğlu”-Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən "KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində ödənişsiz daşınması təmin ediləcək".
BAKU.WS
Oxşar xəbərlər
Bakıda pulsuz ekspress avtobusları işləyəcək
IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və daşınması üçün istifadə edi...