Başqasının evində yaşayan neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb?
Bugünədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 221 ailə (808 nəfər) köçürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir:
"İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür".
Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.
Oxşar xəbərlər
Bakı-Qəbələ qatarı ilə bağlı YENİLİK!
Mayın 16-dan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq. Bu barədə BAKU.WS-ə"Azərbaycan Dəmir Yolları" QSC-...