Banka kreit borcu olanlar üçün VACİB XƏBƏR
"Mərkəzi Bank faiz dəhlizinin bütün parametrlərinin 0,25 faiz azaldılması ilə bağlı qərar qəbul edib. Bu qərar birbaşa həm Mərkəzi Bankın valyuta ehtiyatlarının artması, istehlak bazarında qiymətlərin Mərkəzi Bankın öncədən proqnozlaşdırdığı dinamikaya uyğun olaraq dəyişməsi və eyni zamanda tədiyyə balansındakı müsbət saldonun qorunub saxlanması ilə bağlıdır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, Mərkəzi Bank uçot stavkası və digər faiz dəhlizləri ilə bağlı qərarlarını birbaşa iqtisadiyyatda və xüsusən də makroiqtisadiyyatdakı vəziyyətə uyğun olaraq müəyyənləşdirir:
"Bu istiqamətdə azalmaların həyata keçirilməsi ondan xəbər verir ki, praktiki olaraq 2025-ci ildə həm istehlak bazarında qiymətlərin optimallaşdırılması, həm valyuta ehtiyatlarındakı artım tempinin qorunub saxlanması, həm də bütövlükdə makroiqtisadi stabillik üçün vacib olan tədiyə balansının və eləcə də idxal-ixrac əməliyyatlarında müsbət hallarının qorunub saxlanması mümkün olub.
Bu, Mərkəzi Banka uçot stavkası alətindən daha sıx şəkildə istifadə etməyə və digər makroiqtisadi göstəricilərə pozitiv təsir etməyə imkan yaradır. O baxımdan Mərkəzi Bankın son qərarı birmənalı şəkildə iqtisadiyyatdakı real vəziyyətə uyğun olaraq qəbul edilən qərardır. Mərkəzi Bankın son qərarından sonra kredit faizlərinin optimallaşdırılması və xüsusən də istehlak kreditlər üzrə faizlərin azaldılması vacibdir.
Mərkəzi Banl inzibati yollarla banklardakı kredit faizlərinin azaldılmasına təsir edə bilməz. Amma uçot stavkasının azaldılması praktiki olaraq banklar üçün daha aşağı faizli gəlir və ya vəsaiti maliyyə resurslarının cəlb edilməsi mənbəyidir. Mərkəzi Bank tərəfindən mövcud siyasətə uyğun olaraq həyata keçirilən tədbirlər və eyni zamanda banklarda kredit faizlərinə daha çox təsir etməsi vacibdir. Gözlənilir ki, Mərkəzi Bankın uçot stavkasının azalmaları davam edərsə, bu, özünü kredit faizlərindəki azalmalarda göstərə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Vəfat etmiş şəxsin pensiyasını bu şəxslər ala bilər
Ailə başçısını itirən şəxslərin sosial müdafiəsi məqsədilə dövlət tərəfindən ailə başçısını itirməyə görə pensiya ödənilir. BAKU.WS-in məlumatına görə, qanunve...