Bakının bu ünvanında 35 mərtəbəli binalar tikiləcək
Gələcəkdə Bakının 1-ci mikrorayonunda 30 və 35 mərtəbəli yaşayış binaları tikiləcək.
Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov keçirdiyi mətbuat konfransında deyib.
E.Əsədov qeyd edib ki, Bakının "Xruşşovka" kimi tanınan yaşayış binalarının söküləcəyi 1-ci mikrorayonunda 20 mərtəbəli binaların inşasından sonra növbəti mərhələlərdə 30 və 35 mərtəbəli yaşayış binalarının da inşası nəzərdə tutulur:
"Bu proses növbəti mərhələlərdə həyata keçiriləcək. Yaşayış binalarında mənzillərin qiymətləri nisbətən aşağı nəzərdə tutulub ki, əhali həmin binalardan mənzil ala bilsin. Binaların tikintisi üçün şirkətlər arasında tender elan ediləcək".
BAKU.WS
Oxşar xəbərlər
Evləri söküləcək insanlara əvvəlkindən böyük mənzillər veriləcək
"1-ci mikrorayonda işlərin yerinə yetirilməsinə özəl şirkətlərin vəsaitləri cəlb olunacaq”. BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, bunu FHN-nin Tikintidə T...