Bakıda bu binaları da sökəcəklər- (ÜNVAN)

Bakıda bu binaları da sökəcəklər- (ÜNVAN)
Sosial 6647

Bakının Xətai rayonu Sergey Senyuşkin küçəsi 26 və 28 ünvanlarında iki köhnə binanın sökülməsi nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bu barədə Day.Az-a Xətai Rayonu İcra hakimiyyətinin memarı Vadim Surxayev bildirib. 

Onun sözlərinə görə, söküntü işlərinə 12 aydan sonra başlanacaq: "Bu yaşayış binaları qəzalı vəziyyətdədirlər və şəhərin ümümi görünüşünə uyğun gəlmirlər. Onların yerində 16 mərtəbəli müasir bina inşa ediləcək".

Memar qeyd edib ki, artıq sakinlərlə müvafiq razılıq da əldə edilib. Yaşayış binasının inşasından sonra onlara yeni binada mənzillər təqdim olunacaq.

V.Surxayev əlavə edib ki, köhnə binaların yanında 4 yeni binanın tikintisi aparılır: 

"Əvvəllər onların yerində artıq sökülmüş köhnə tikililər var idi. İndi burada müasir çoxmərtəbəli binalar inşa edilir".

BAKU.WS

Oxşar xəbərlər

Nərimanovda köhnə binaların söküntüsü başladı - Fotolar

Nərimanovda köhnə binaların söküntüsü başladı - Fotolar

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarında artıq köhnə binaların sökülüb y...

4354 Sosial 16:42 17 noyabr 2016

Son xəbərlər