Evləri söküləcək insanlara əvvəlkindən böyük mənzillər veriləcək
"1-ci mikrorayonda işlərin yerinə yetirilməsinə özəl şirkətlərin vəsaitləri cəlb olunacaq”.
BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, Bakının 1-ci mikrorayonunda evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq: "Söküntü-tikinti işləri aparılan zaman vətəndaşların kirayədə qalmaları üçün onlara kompensasiya da veriləcək”.
E. Əsədov qeyd edib ki, ilk növbədə 5 mərtəbəli binaların sökülməsi və onların yerində yeni 20 mərtəbəli binaların inşası nəzərdə tutulub: "Söküntü və tikinti işləri 3 mərhələdə aparılacaq”.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Bakıda böyük söküntü: yüzlərlə bina plana düşəcək
"Bakı şəhərində 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərara əsasən köhnə 5 və 9 mərtəbəli yaşayış binalarının sökülməsi və onların...