Bakıda 219 binanın söküntüsünə başlanıldı (ÜNVAN, VİDEO)
Bakıda qəzalı vəziyyətdə olan 219 bina söküləcək.
BAKU.WS-in Spase TV-yə istinadən verdiyi xəbərə görə, Nərimanov rayonunda yerləşən 219 istismar müddəti bitmiş, şəhərin arxitekturasına yaraşmayan qəzalı vəziyyətdə olan 1-2 mərtəbəli binalar 5 il müddətində sökülülərək yeni 12-16 mərtəbəli binalarla əvəzlənəcək. Söküləcək 219 yaşayış binası 3028 mənzildən ibarətdir, həmin ünvanlarda isə 11 min 31 nəfər sakin yaşayır.
Artıq qəzalı vəziyyətdə olan binaların sökülməsi və yenidən tikilməsi prosesinə start verilib. Hündür və çox mənzilli yaşayış binaların layihələndirilməsi və inşası üçün müvafiq torpaq sahələri binaları inşa edəcək şirkətlərin istismarına verilib. Bir sıra ünvanlarda sakinlərlə bağlanmış müvafiq müqavilələr əsasənda onların köçürülməsi və ərazinin boşaldılması prosesinə başlanılıb.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 219 yaşayış binası söküləcək
Nərimanov rayonunda qəzalı vəziyyətdə olan 219 yaşayış binası sökülərək, yenidən qurulacaq. BAKU.WS-in AZƏRTAC-a istinadən verdiyi xəbərdə bildirilir ki, rayon...