Bakıda 35 yaşayış binası söküləcək (ÜNVANLAR)

Bakıda 35 yaşayış binası söküləcək (ÜNVANLAR)
Sosial 13844

 

Bakı şəhərinin Sabunçu rayonunda pilot layihə çərçivəsində Ramana, Zabrat, Balaxanı və Bakıxanov qəsəbələrində 5 binanın sakinlər köçürülərək binaların yerində razılaşdırılmış layihələrə uyğun yeni binaların inşasına başlanıb.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, bunu Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib.

A. Vəliyev qeyd edib ki, Rayonun Sabunçu, Ramana, Zabrat, Balaxanı və Bakıxanov qəsəbələrindəki ictimai mənzil fondunda bir sıra yaşayış binalarının istismar müddətini keçərək qəzalı vəziyyətə düşməsi narahatlıq doğurduğundan, müraciətlər əsasında həmin məsələnin sosial əhəmiyyəti nəzərə alınaraq Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 nömrəli qərarına əsasən rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə "Pilot” layihə formatında 5 il müddətinə əlavə səlahiyyətlər verilib və qarşıya bir sıra vəzifələr qoyulub.

Artıq bu qərarın icrası ilə bağlı müvafiq tədbirlər görülüb, həmin qəsəbələrdə çoxmənzilli, qəza təhlükəsi ehtimalı olan binaların siyahısı tərtib edilərək rəy verilməsi üçün əlaqədar dövlət orqanları və nəzarət qurumlarının mütəxəssislərindən ibarət komissiyaya göndərilib. Hazırda 35 yaşayış binası üzrə müvafiq rəylər verilib. Verilmiş bu rəylər əsasında kəskin qəza vəziyyətində və uçma təhlükəsi olan Ramana və Bakıxanov qəsəbələrindəki 5 binadan sakinlər köçürülərək yerində razılaşdırılmış layihələrə uyğun yeni binaların inşasına başlanıb. Bu tikinti-təmir və aparılacaq abadlıq işləri zamanı ilkin olaraq rayonun 630 nəfər sakinini işlə təmin etməyi planlaşdırılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli "Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti pilot layihə formatında 5 il müddətinə mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini təmin etməlidir. Sakinlər sökülən qəzalı binaların yerində tikilən yeni binalarda mənzillərlə təmin ediləcəklər. Qəzalı vəziyyətdəki binada yaşayan ailənin mənzilinin sahəsi yeni binada 25-35 faiz artıq olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda iki bina təcili sökülür (VİDEO)

Bakıda iki bina təcili sökülür (VİDEO)

Yasamal rayonu 5 mərtəbə kimi tanınan ərazidəki iki yaşayış binasının sökülməsinə qərar verilib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, buna səbəb binal...

5049 Video 09:36 18 fevral 2016

Son xəbərlər