Bakıda plana düşmüş 1000-dən artıq binanın aqibəti ilə bağlı açıqlama (VİDEO)

Bakıda plana düşmüş 1000-dən artıq binanın aqibəti ilə bağlı açıqlama (VİDEO)
Video
Video 6563

 

Nazirlər Kabinetinin qərarı ilə paytaxtda söküləcək 1000-dən artıq binanın aqibəti ilə bağlı yeni açıqlama verilib.

Dövlət Tikinti Və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib ki, artıq həmin rayonların rəhbərlikləri ilə danışlıqlar aparılıb və müəyyən qərarlar qəbul olunub.

Paytaxtdakı köhnə binaların sökülməsi ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinin rəhbərləri ilə danışıqlar aparılıb. Qərara alınıb ki, söküləcək ərazilər üzrə prespektiv plan hazırlandıqdan sonra söküntü işlərinə başlanılsın. 

Sədr müavinin sözlərinə görə, söküləcək binaların sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqları veriləcək. Həmin ərazidə tikiləcək yeni binalardan isə sakinlər yeni mənzillər ilə təmin olunacaqlar. Bu prosedurların həyat keçirilməsi üçün isə icra hakimiyyəti orqanlarına 5 illik səlahiyyətlər verilib.

Dövlətxan Dövlətxanov həmçinin 10 mərtəbədən ibarət binaların inşası ilə bağlı bəzi nüanslara da aydınlıq gətirib. Onun sözlərinə görə, hər bir tikiləcək binanın mərtəbələrinin sayı həmin ərazinin infrastrukturu və orada yaşayan əhalinin sosial tələbatına görə müəyyən edilir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda böyük söküntü mənzil bazarına necə təsir edəcək?

Bakıda böyük söküntü mənzil bazarına necə təsir edəcək?

Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı köhnə binalar söküləcək. Bununla bağlı Nazirlər Kabineti...

2279 İqtisadiyyat 12:13 09 mart 2016

Son xəbərlər