Bakının bu küçəsində sola dönmək qadağan edildi (KAMERA ÇƏKİR)
Bakıda yol hərəkəti ilə bağlı tez-tez dəyişikliklər baş verir. Əvvəllər aidiyyatı dövlət qurumları bu dəyişikliklər barədə kütləvi informasiya vasitələrində sürücülərə məlumat verirdisə, budəfəki dəyişiklikdən çoxlarının xəbəri yoxdur. Söhbət Mətbuat prospekti və Həsən bəyə Zərdabi küçəsindən gedir.
BAKU.WS-in avtosfer.az saytına istinadən verdiyi məlumata görə, bu yolda hərəkətin kim tərəfindən dəyişdiyi bəlli deyil. Bir ay əvvəl Nəşriyyatın qarşısından üzü Bakı Dövlət Universitetinə tərəf gedən istiqamətdəki svetoforda sola dönmə bölməsi ləğv edildi. Bunun ardınca da həmin yerdə asfalt üzərindəki sola dönmə nişanlanma xətti silinib. Qarşıda ayırıcı zolağa bununla bağlı müvafiq yol nişanı da qoyulub. Bu dəyişiklik o deməkdir ki, Badamdar qəsəbəsi tərəfdən Azərbaycan Nəşriyyatına gəlmək istəyənlər Mətbuat prospekti boyunca sola dönüb geri qayıda bilməzlər. Bunun üçün prospekt boyu düzünə hərəkət edib «Qələbə» meydanına çıxmaq, oradan da sağa – Nəqliyyat Nazirliyinin yanına düşüb, körpünün altından dövrə vurmaqla geri qayıtmaq lazımdır. Ən yaxşı halda isə vaxtilə Musabəyovun heykəli olan parkın qarşısındakı svetofordan sağa dönüb bir neçə metr getdikdən sonra qırıq-qırıq xətt olan yerdən geri dönüb həmin parkın başına dövrə vurandan sonra yenidən Mətbuat prospektinə düşmək olar.
Bu dəyişikliyi yol hərəkətinin təşkilində çatışmazlıq kimi qiymətləndirmək olar. Çünki o boyda məsafəni qət etməli olan sürücü istər-istəməz qarşıdakı küçə və prospektlərdən keçməlidir və bu zaman heç şübhəsiz ki, tıxac-sıxlıq yaratmış olacaq. Həmin küçədə sağa-sola dönməni ləğv edənlər başa düşməlidir ki, burada paralellik pozulur və bu küçənin yükü başqa küçələrinin üzərinə düşür. Ümumiyyətlə, bu dəyişikliyin məntiqi də yoxdur. Çünki Mətbuat prospektində bir neçə svetofor var və burada bir neçə saniyəlik sağa-sola dönməni təşkil etmək heç vaxt problem yaratmayıb. İllər uzunu həmin yolda sağa və sola dönmək mümkün idi.
Hər halda, diqqətinizə çatdırırıq ki, Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsində geriyə dönmə qadağandır və bunun üçün bir neçə kilometr yol qət etmək lazımdır. Artıq qeyd etdiyiimiz kimi, yol nişanları götürülüb və ya silinib, kameralar isə çəkir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda sürücülər üçün 40 manatlıq "tələ" (VİDEO)
Yol hərəkətinin təşkili ilə bağlı yaranmış çatışmazlığa görə hər gün onlarla avtomobil cərimə meydançasına aparılır BAKU.WS avtosfer.az saytına istinadən Bakıd...