Bakının 6 yerində motosikletlə hərəkət qadağan edildi
Bakının bəzi ərazilərdə motosikletlə hərəkət qadağan ediləcək.
Bakı şəhər Dövlət Yol Polsi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun BAKU.WS-ə verdiyi məlumata görə, artıq bununla bağlı xüsusi nişanlar qoyulur. Onun sözlərinə görə, bir neçə gün əvvəl Neftçilər prospektində quraşdırılan motosikletlə "hərəkət qadağandır" nişanı artıq bir neçə ərazidə quraşdırılıb. "Artıq Bakıda 6 yerdə belə nişan qoyulub. Gələcəkdə də həmin nişanları çox yerdə görəcəksiniz. Hazırda "Siqnal” idarəsi bununla bağlı araşdıma aparır. Əhalinin sıx məskunlaşdığı yerlərdə belə nişanlar qoyulacaq”, - deyə Vaqif Əsədov bildirib. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Yol polisinin Neftçilər prospektindəki yol nişanından xəbəri yoxdur
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Neftçilər prospektində hələlik motosikletlərin hərəkətləri ilə bağlı heç nəyi qadağan etməyib. Qurumun mətbuat xidmətinin...