Neftçilər prospektində motosikletçilər üçün yeni qadağa (VİDEO)

Neftçilər prospektində motosikletçilər üçün yeni qadağa (VİDEO)
Video
Sosial 1035

 

Neftçilər prospektində hərəkət istiqamətində dəyişiklik edilib.

BAKU.WS-in məlumatına görə, artıq motosikletlə Neftçilər prospektindən Azneft dairəsi istiqamətində hərəkət etmək qadağan edilib.

Yeni dəyişiklik bu gündən etibarən tətbiq olunmağa başlayıb. Motosiklet idarə edən sürücülər "hərəkət qadağandır" nişanı olan hissədən geri qayıtmalı və Azadlıq meydanı tərəfə getməlidirlər.  

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər