Bakının mərkəzi küçəsində "protiv" gedən "Mercedes" - 10-ZZ-030 (VİDEO)

Bakının mərkəzi küçəsində protiv gedən Mercedes - 10-ZZ-030 (VİDEO)
Video
Hadisə 2682

Bu gün axşam saat 21:40 radələrində Səbail rayonu, Neftçilər prospektində yolun əksinə hərəkət edən 10 ZZ 030 dövlət nömrə nişanlı, "Mercedes S-klass" markalı avtomobil yol polisləri tərəfindən saxlanılıb. BAKU.WS-in məlumatına görə, bu barədə avtosfer.az saytı yazıb. Məlumata görə, Bakı Biznes Mərkəzinin qarşısı ilə üzü Kukla Teatrına tərəf yolun əksinə hərəkət edən avtomobil Muzey Mərkəzinin qarşısında 3 Yol-Patrul Xidməti (YPX) avtomobili tərəfindən durdurulub. Sürücü belə hərəkətə yol verməsinin səbəbini izah etməyib. Yol polisləri isə ona 100 manat və 4 cərimə balı tətbiq ediblər. Bundan sonra sürücü gəldiyi yolu geri qayıtmalı olub.

Ziya Səccad BAKU.WS 

Oxşar xəbərlər

Bakıda avtomobil yolu keçən qızı belə vurdu (VİDEO)

Bakıda avtomobil yolu keçən qızı belə vurdu (VİDEO)

Bakıda qeyri-adi yol qəzası baş verib. BAKU.WS-in Avtosfer.az-a istinadla verdiyi məlumata görə, yolayrıcının keçilmə qaydasını pozan qara rəngli avtomobil öz...

8 Hadisə 13:00 13 sentyabr 2015

Son xəbərlər