DİQQƏT: "28 May"da svetofor qoyuldu – piyadalar cərimələnir

DİQQƏT: 28 Mayda svetofor qoyuldu – piyadalar cərimələnir
Sosial 4964

İki gün əvvəl metronun "28 May" staniyasının yaxınlığında "28 mall"ın qarşısındakı piyada keçidinin yanına svetofor qoyulub.

BAKU.WS-in avtosfer.az saytına istinadən verdiyi məlumata görə, buradakı zebra dəhşətli tıxaca səbəb olurdu. Piyadalar burada intensiv hərəkət etdiyi üçün avtomobillər dəqiqələrlə onlara yol vermək üçün gözləməli olurdular. Bu da tıxac yaradırdı. Nəhayət, iki gün əvvəl həmin keçidin yanına svetofor qoyulub. Yəni, svetoforla nizamlanan piyada keçidi həm sürücülərə, həm də piyadalara rahatdır. Amma oxucuların Avtosfer.az-a verdiyi məlumata görə, əksər piyadaların həmin svetofordan xəbəri yoxdur. Heç nəyə fikir vermədən avtomobillər üçün svetoforun yaşıl işığı yananda da piyada keçidinə daxil olub yolu keçirlər və qəza şəraiti yaradırlar. Qarşıda isə onları yol polisləri saxlayıb 20 manat cərimə yazır.

Bundan sonra "28 mall"ın qarşısında hərəkət edən piyadalar bunu nəzərə alaraq ehtiyyatlı olsunlar. 20 manat cərimə bir yana, özünüzü və başqalarını təhlükəyə atıb problem yaratmayın. Yolu keçərkən başınızı qaldırıb sağa-sola baxın. Svetoforun tələbinə əməl etmək lazımdır. Siz tələsdiyini kimi, sürücülər də tələsir. Zəhmət çəkib hər kəs bir-birinə yol verməli, bir-birinə hörmətlə yanaşmalıdır.

BAKU.WS

Son xəbərlər