Bakıda iki icra başçısından yeni təyinatlar
Bakı şəhəri Xəzər və Pirallahı Rayon İcra Hakimiyyətlərində (RİH) yeni təyinatlar olub.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni təyinatlar RİH aparatında sektor müdiri-baş mühasib vəzifələri üzrə aparılıb.
Belə ki, Xəzər RİH başçısı Elşən Salahovun əmri ilə İlhamə Arif qızı Kərimova, Pirallahı RİH başçısı Vasif İmanovun əmri ilə isə Tahir Hidayət oğlu Qaraçobanov sektor müdiri-baş mühasib vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, İ.Kərimova bundan əvvəl RİH-də iqtisadiyyat şöbəsində məsləhətçi, T.Qaraçobanov isə qəsəbə nümayəndəliyində mühasib vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlə mübahisə edən və ona qarşı nalayiq ifadələr işlədən sürücü işdən çıxarılıb. BAKU.WS "Bak...