Bakıda daha bir sürücü avtomobilini velosiped yolunda park etdi
Paytaxtın mərkəzi küçələrinin birində sürücü avtomobilini velosiped zolağında park edib.
BAKU.WS xəbər verir ki, qayda pozuntusu Mirzəağa Əliyev küçəsində qeydə alınıb.
Avtomobilini velosiped zolağında saxlayan sürücü yol hərəkəti qaydalarını pozub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu gün yenə də velosiped zolağında avtomobilini saxlayaraq bu tip nəqliyyat vasitələrinin hərəkətinə mane yaradırlar:
"Videogörüntü ilə əlaqədar olaraq araşdırma aparılmış və sürücü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülmüşdür. Qeyd edim ki, Azərbaycan Respublikasının İXM-nin 346.7-ci maddəsinə əsasən velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə - 2 cərimə balı və yüz manat məbləğində cərimə nəzərdə tutulub".
Oxşar xəbərlər
Vərəm xəstəsi çətin durumda: "Dolanışığımı pensiya ilə təmin edirdim, beş ildir ki, kəsiblər"
Gəncənin Cavadxan qəsəbəsində yaşayan 47 yaşlı Əli Dünyamalıyev Baku TV-nin qaynar xəttinə müraciət edib. O, vərəm xəstəliyindən əziyyət çəkdiyini və 5 ilə yaxı...