Bakıda böyük təmir işlərinə başlanacaq - Bu rayonlarda
21
apr
2025
11:10
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən Bakının bir neçə rayonunda abadlıq və təmir işləri ilə bağlı tender elan olunub.
BAKU.WS xəbər verir ki, tenderə əsasən, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonlarının ərazisindəki səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlaşdırma işləri aparılacaq.
Layihənin ehtimal olunan dəyəri 24 milyon 999 min 810 manatdır.
Tender 18 aprel 2025-ci il tarixində elan olunub. Bu işlərə infrastrukturun qurulması, səthlərin üzlənməsi və asfaltlanması da daxildir.
Oxşar xəbərlər
Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir
Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məka...