Bakıda asfalt "oyun"u - Yolu niyə bu günə qoyurlar? - FOTO

Bakıda asfalt oyunu - Yolu niyə bu günə qoyurlar? - FOTO
Foto
Sosial 381

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində uzun illərdir asfalt üzü görməyən Asəf Zeynallı döngə 1 ünvanı sakinlərin etirazlarından sonra nəhayət təmir olunmağa başlanılıb. Lakin bu xoşbəxtlik natamam həyata keçirilir.

Çünki asfalt küçənin ortasına vurulub, kənarlar isə yarımçıq qalıb.

Küçə sakinləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər ki, dəfələrlə aidiyyatlı qurumlara deyilsə də, iş nəticəsiz qalıb.

Samir Quliyev adlı şikayətçi deyir ki, asfalt çəkənlər onlara küçəni yarımçıq asfaltlamağı tapşırdıqlarını bildiriblər. Bu yarımçıq işə göstərişi isə Biləcəri Qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsini müavini Osman Qasımov verib.

“Osman Qasımov gəlib işlə maraqlandı. Biz ona iradımızı bildirdik. O isə sakinlərə məhəl qoymadı”, - deyə şikayətçi bildirib.

Digər şikayətçi İlham Nağıyev də sakinlərin çarəsiz qaldığını deyir. Onun sözlərinə görə, üzü təmir görməyən yolun yarımçıq asfaltlanması sadəcə biabırçılıqdır.

Ərazidə çalışan işçilər isə bildirdilər ki, təmir işləri Binəqədi rayon İcra hakimiyyətinin göstərişi ilə edilir.

Şikayətləri dinlədikdən sonra üz tutduq Biləcəri Qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə. Qurum rəsmisi Osman Qasımov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin yolun uzunluğu 121 metrdir, eni isə müxtəlidir. Ümumilikdə yola 750 kv. asfalt vurulub.

İddialara gəlincə, Osman Qasımov deyir ki, məmur olaraq hər zaman vətəndaşların yanında olub və onlrı müdafiə edib.

“Sakinlər asfalt çəkən işçiləri təhqir ediblər. Ona görə də, problem yaranıb. Proqrama uyğun yolu asfaltlayıblar. Yerdə qalan hissəni xahiş etmək lazımdır”, - deyə Osman Qasımov bildirib.

İcra Hakimiyyətindən isə BAKU.WS-ə bildirdilər ki, problem araşdırılacaq. Çalışacaqlar ki, “keçəl” yollara da asfalt vurulsun.

Qeyd edək ki, ötən il, qeyd etdiyimiz ərazinin problemini işıqlandırmışdıq. BAKU.WS-in müdaxiləsindən sonra həmin yol təmir olunacaq yollar siyahısına salındı. Lakin işlər natamam görülür. İnanırıq ki, bu reportajımızdan sonra yol verdikləri səhvi düzəldərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər