Bakının bu yolundan keçmək müşkülə çevrilib - VİDEO

Bakının bu yolundan keçmək müşkülə çevrilib - VİDEO
Foto Video
Video 141

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində hələ də asfalt üzü görməyən Asəf Zeynallı küçəsi uzun illərdir vətəndaşların həyatını çətinləşdirib.

Bu barədə həmin Asəf Zeynallı döngə 1 ünvanında yaşayan İlham Nağıyev BAKU.WS-in “qaynar xətt”inə şikayətində bildirib.

Onun sözlərinə görə, son 10 ildə həmin ərazidə bir neçə dəfə təmir-bərpa işləri aparılıb.

“Dəfələrlə Biləcəri qəsəbəsində təmir işləri aparılır. Hətta yaxınlıqdakı yol, kəsişən küçə təmir edilib. Lakin təkcə bizim yola asfalt vurulmur ki, vurulmur”, - deyə İlham Nağıyev bildirib.

Məsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun baş məsləhətçisi Leyla Quluyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, yolların təmiri məsələsini Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Təmirə ehtiyacı olan yolların siyahısını biz hazırlayıb veririk.

Siyahıya əsasən, yolların təmiri mərhələli şəkildə həyata keçirilir.

“Məlumat üçün bildiririk ki, sözügedən ünvanda, yəni Asəf Zeynallı küçəsi döngə 1-də mövcud problemlərlə bağlı tərəfimizdən aidiyyəti qurumlara müraciət edilmişdir. Dövlət proqramına uyğun olaraq maliyyə vəsaiti ayrıldıqdan sonra görüləcək işlər mərhələli şəkildə həyata keçiriləcəkdir. Məsələ nəzarətimizdədir”, - deyə Leyla Quluyeva bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər