Bakı-Sumqayıt yolunun bir hissəsi təmirə bağlanır

Bakı-Sumqayıt yolunun bir hissəsi təmirə bağlanır
Sosial 1455

Bakı-Sumqayıt yolunun 12-ci km-də ( "Xırdalan qəbirstanlığı” ) yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət təbiq olunacaq.

BAKU.WS-in məlumatına görə, 17 avqust saat 12:00-dan etibarən yolun Bakı şəhəri istiqamətinə doğru olan hissəsi, 18 avqust saat 07:00-dan isə Sumqayıt şəhəri istiqamətinə doğru olan hissəsi hərəkət üçün qısa müddətlik bağlanacaq. Məhdudiyyət avqustun 18-dən 19-na keçən gecəyədək tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Xırdalan şəhərinin daxili avtomobil yollarından istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Belə ki, Sumqayıt istiqamətindən gələn avtonəqliyyat vasitələri 16.5-ci km-dən ( "Vaz dairəsi” ) və ya 13-cü km-dən ( Masazır yol ötürücüsü ) Xırdalan şəhərinə daxil olaraq, daha sonra 11-ci km-də "Xırdalan dairə”nə çıxmaqla hərəkətlərini davam etdirəcəklər. Göstərilən alternativ yolla Bakı istiqamətindən gələn sürücülər də istifadə edə bilərlər.

Yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Qara Qarayev prospekti bağlanır

Qara Qarayev prospekti bağlanır

Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində...

1612 Sosial 16:39 29 iyun 2016

Son xəbərlər