Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdiriləcək
Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirmə yolu ilə yenidən təşkil olunacaq.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
"Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvanat Parkının "Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən yaradılması nəzərdə tutulan Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşmə yolu ilə yenidən təşkilini təmin etsin".
Oxşar xəbərlər
"Galendewagen"lə insident törədən sürücü 15 sutka HƏBS EDİLDİ
Masazır qəsəbəsində yol hərəkəti zamanı baş vermiş mübahisə ilə bağlı saxlanılan sürücü hakim qarşısına çıxarılıb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir...