Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır
Yeniliklərdən dərhal xəbərdar olun
16 dekabrdan etibarən İranın Məşhəd şəhəri ilə Azərbaycanın Bakı şəhəri arasında birbaşa aviareyslər təşkil olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat daxil olub.
İranın Azərbaycandakı səfirliyi bildirir ki, İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə Məşhəd-Bakı və əks istiqamətdə birbaşa uçuşlar təşkil olunacaq.
Bildirilir ki, qeyd olunan aviareys həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək.
Səfirlik bildirir ki, bu planın icraçısı "Bakustar" şirkətidir. "Bakustar" şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif edir.
Oxşar xəbərlər
İranda "Instagram" qadağası ləğv olundu
İran hakimiyyəti "Instagram" sosial şəbəkəsinə girişə məhdudiyyəti aradan qaldırıb.APA-nın məlumatına görə, bu barədə bu gün "Fars" agentliyi məlumat yayıb.Artı...