İranın Mahan Air aviaşirkəti Bakıya uçuşlara başlayır
İranın Mahan Air aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.
Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri Airbus A310 layneri ilə yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və ATA Airlines aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.
BAKU.WS
Oxşar xəbərlər
Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi sentyabrda 29 faiz artıb
Bu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 365 min sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxd...