Rusiyanın 4 aviaşirkəti Azərbaycana səfər üçün icazə aldı
Rusiyanın dörd aviaşirkəti Azərbaycana uçuşlar üçün icazə alıb.
BAKU.WS-in məlumatına görə, 4 şirkətə - "Yamal", "Taymır", "Komiaviatrans", "Ural hava yolları"na 14 marşrut üzrə Azərbaycana reyslərin həyata keçirilməsinə razılıq verilib.
"Yamal" aviaşirkəti indi 10 marşrut üzrə reysləri yerinə yetirmək hüququna malikdir: "Kazan-Bakı", "Moskva-Lənkəran", "Ufa-Bakı", "Perm-Bakı", "Çelyabins-Bakı", "Soçi-Bakı", "Krasnoyarsk-Gəncə", "Samara-Bakı", "Nijni Novqorod-Bakı", "Sankt-Peterburq-Lənkəran".
Rusiya hava nəqliyyatının federal agentliyi Rosaviasiyanın saytında yerləşdirilmiş sənəddə deyilir ki, "Taymır" aviaşirkətinə "Moskva-Zaqatala", "Moskva-Qəbələ" və "Moskva – Lənkəran" marşrutlarına icazə verilib. Reyslər həftədə üç dəfə yerinə yetiriləcəkdir. Uçuşlar "Boeing 737" təyyarələriylə həyata keçirilir.
"Komiaviatrans" aviaşirkəti "Kaluqa-Bakı", "Novqorod–Bakı", "Samara-Bakı" reyslərinin təşkilinə icazə alıb. Reyslər həftədə bir dəfə həyata keçiriləcək. Aviaşirkət "Embraer ERJ 145" təyyarələrindən istifadə edir.
"Ural hava yolları" "Kazan-Bakı" reyslərinin həyata keçirilməsi üçün icazə alıb. Bu aviya şirkət həftədə beş dəfə uçuşlar yerinə yetirəcək.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
AZAL-dan Qurban endirimləri
"Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək. AZAL-dan BAKU.WS-ə ve...