“Wizz Air” Azərbaycanda uçuşları bərpa etmək istəyir
Macarıstanın "Wizz Air” aviaşirkəti "Azərbaycan Hava Yolları” QSC-ə (AZAL) 2016-cı ilin mart ayından Azərbaycanda uçuşları bərpa etmək niyyətində olduğunu bildirib.
BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar aparması gözlənilir:
"Azərbaycan tərəfindən 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsinə razılıq verilib. Azərbaycan tərəfi "Wizz Air” şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə müraciət edib, lakin cavab almayıb”.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək qadağan edilir
Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi gələn ilin sonuna qədər qanun çərçivəsində həll oluna bilər. BAKU.WS-in məlumatına görə, bu ba...