Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ
İqtisadiyyat 8

Dünya bazarında Azərbaycan neftinin qiymətində kəskin artım qeydə alınıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti yenidən 100 dollar həddini keçib.

BAKU.WS xəbər verir ki, "Azeri Light" markalı neftin bir bareli 4,21 dollar və ya 4,37% bahalaşaraq 100,34 dollara yüksəlib.

Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 94,96 dollar təşkil edib.

Son xəbərlər