"Silk Way West Airlines" Çikaqo ilə birbaşa hava əlaqəsi açıb
"Silk Way West Airlines" şirkəti Bakı və ABŞ-ın ən böyük nəqliyyat qovşağı – Çikaqo şəhəri (İllinoys ştatı) arasında birbaşa yük hava əlaqəsi açıb.
"Silk Way West Airlines" şirkətinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından O'Hare Beynəlxalq Hava Limanına ilk reys sentyabrın 18-də yerinə yetirilib.
Cari ilin oktyabr ayından başlayaraq "Silk Way West Airlines" şirkətinin bu marşrut üzrə müntəzəm transatlantik uçuşları həftədə iki dəfə olmaqla ən müasir yük təyyarələrindən biri Boeing 747-8F Freighter təyyarəsi ilə yerinə yetiriləcək.
Beləliklə, aviaşirkət Amerika Birləşmiş Ştatlarının yük daşımaları bazarında iştirakını daha da genişləndirəcək.
Qeyd edək ki, 2016-cı il 6 aprel tarixində Azərbaycan və ABŞ hökumətləri iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılmasına imkan verən "Open Skies" hava nəqliyyatı haqqında Saziş imzalayıb.
"Silk Way West Airlines" şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanından qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.
BAKU.WS
Oxşar xəbərlər
"FlyDubai" bütün reyslərini təxirə saldı
"FlyDubai" aviaşirkəti Dubay beynəlxalq hava limanından həyata keçirilən bütün reysləri çərşənbə günü saat 23.00-a qədər dayandırıb. Trend TASS-a istinadən xəb...