İstanbuldakı terrordan sonra Heydər Əliyev adına Hava Limanında təhlükəsizlik tədbirləri artırıldı
İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror aktından sonra Bakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndirilib.
"Report" xəbər verir ki, hazırda hava limanının girişində bütün avtomobillər, ümumiyyətlə ərazi ciddi şəkildə yoxlanılır.
Minik və yük avtomobilləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanına xüsusi nəzarət altında, ciddi şəkildə yoxlanıldıqdan sonra buraxılır. Ərazidə xüsusi təlim görmüş itlər də gətirilib. Atatürk Hava Limanında baş vermiş partlayışla əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyəyə uçuş təxirə salınıb.
Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar hava limanı iyunun 29-da Türkiyə vaxtı ilə saat 8.00-dək uçuşlar üçün bağlı olacaq. Sərnişinlər hava limanından təxliyə edilib.
Qeyd olunan vaxtadək təyyarələrin hava limanına uçuşuna və enişinə icazə verilməyəcək.
BAKU.WS
Oxşar xəbərlər
PKK-dan terror açıqlaması
PKK terror təşkilatının hərbi qanadının nümayəndəsi PKK-nın Atatürk hava limanında törədilən terror aktı ilə əlaqəli olması haqda iddiaları təkzib edib. BAKU.W...