Azərbaycan aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirildi

Azərbaycan aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirildi
Hadisə 1145

"Azərbaycan hava yolları” QSC (AZAL) Heydər Əliyev adına beynəlxalq hava limanında və regional aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib.

AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin verdiyi məlumata görə, fonunda  bu tədbirlər bu gün Brüsselin beynəlxalq hava limanında  baş verən terror aktı fonunda "Azərbaycan hava yolları” rəhbərliyinin tapşırığına əsasən həyata keçirilir.

Aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə bağlı ölkədəki bütün hava limanlarının təhlükəsizlik xidmətlətlərinə müvafiq tapşırıqlar verilib.

Kəsəmənski həmçinin bildirib ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlamadan keçir və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.

Qeyd edək ki, bu gün Brüssel aeroportunda və metrosunda partlayışlar törədilib. Hadisə nəticəsində 20-dən çox insan ölüb.

BAKU.WS 

Oxşar xəbərlər

AZAL martın 27-dən uçuşları bir saat tez yerinə yetirəcək

AZAL martın 27-dən uçuşları bir saat tez yerinə yetirəcək

Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZ...

1153 Sosial 15:36 17 mart 2016

Son xəbərlər