AZAL martın 27-dən uçuşları bir saat tez yerinə yetirəcək
Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin uçuş cədvəlinə düzəliş olunacaq.
AZAL-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, aviaşirkətin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.
Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.
AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.
Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və ya [email protected] elektron poçtuna yazmaq xahiş olunur.
BAKU.WS
Oxşar xəbərlər
AZAL aşağı büdcəli brend yaradır
"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətin aşağı büdcəli istiqamətləri üzrə uçuşlar yerinə yetirəcək yeni "AZALJET” brendinin yaradılmasına dair planlarını e...