AZAL-dan yeni endirim aksiyası

AZAL-dan yeni endirim aksiyası
Sosial 1386

 

"Azərbaycan Hava Yolları” (AZAL) Moskvadan Bakıya olan uçuşlara yeni promo-aksiya elan edir.

Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, "Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək 69 avroya, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avroya almaq olar. Qiymətə bütün vergi və yığımlar daxildir.

AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün "Domodedovo” və "Vnukovo” beynəlxalq aeroportlarından həyata keçirilir.

Qeyd edək ki, Bakıdan Moskvaya "Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə - 129 avro təşkil edir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AZAL Bodrum, Antalya reyslərin qiymətini açıqladı

AZAL Bodrum, Antalya reyslərin qiymətini açıqladı

"Azərbaycan Hava Yolları” (AZAL) Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramı barədə elan edir. Həmçinin, aviaşirk...

2190 Sosial 17:34 26 yanvar 2016

Son xəbərlər