AZAL əlil idmançılara bir il pulsuz xidmət göstərəcək

AZAL əlil idmançılara bir il pulsuz xidmət göstərəcək
İqtisadiyyat 1194

 

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları” (AZAL) və Azərbaycan Milli Paralimpiya Komitəsi (ARMPK) əməkdaşlıq haqqında saziş imzalayıb.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməkdaşlıq "Azərbaycan Hava Yolları”nın uçuşlar həyata keçirdiyi istiqamətlər üzrə beynəlxalq idman çempionatları və dünya kuboklarına idmançıların transferi, idman avadanlıqlarının daşınmasının əlavə rüsumlardan azad edilməsi, həmçinin əhali arasında paralimpiya idmanının təşviqi üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində AZAL sentyabr 7-dən 18-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək 2016 Yay Paralimpiya Oyunlarına idmançıların uçuşlarını təşkil edəcək. 2016 Paralimpiya Oyunlarının mükafatçılarına AZAL-ın istənilən istiqamətlərinə bir il müddətinə etibarlı olan pulsuz biletlər təqdim olunacaq.

"Paralimpiya oyunları ölkəmizdə idmanın inkişafında vacib və ictimai əhəmiyyətli hadisədir. İdmançılarımıza dəstək olmaq bizim üçün böyük şərəfdir”, - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.

ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov deyib: "Paralimpiya oyunları fiziki imkanları məhdud idmançılar üçün ən mötəbər yarışlardan biridir. Bu oyunlara seçimlər təkcə milli yox, həm də beynəlxalq yarışlar çərçivəsində keçirilir. "Azərbaycan Hava Yolları”nın dəstəyi ölkəmizdə paralimpiya idmanının inkişafına böyük töhfə verəcək”.

BAKU.WS

Oxşar xəbərlər

AZAL-dan yeni endirim aksiyası

AZAL-dan yeni endirim aksiyası

"Azərbaycan Hava Yolları” (AZAL) Moskvadan Bakıya olan uçuşlara yeni promo-aksiya elan edir. Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə bil...

1375 Sosial 14:46 09 fevral 2016

Son xəbərlər