PKK-dan terror açıqlaması
PKK terror təşkilatının hərbi qanadının nümayəndəsi PKK-nın Atatürk hava limanında törədilən terror aktı ilə əlaqəli olması haqda iddiaları təkzib edib.
BAKU.WS APA-ya istinadən məlumat verir ki, PKK terror təşkilatının nümayəndəsi bildirib ki, Atatürk hava limanında baş verən hadisə ilə təşkilatın əlaqəsi yoxdur.
"PKK dinc sakinlərə qarşı, xüsusilə də təsadüfən yoldan keçənlərə qarşı terror aktları törətmir. Onların əksəriyyəti heç Türkiyə vətəndaşı da deyil və PKK-nın mübarizəsi ilə heç bir əlaqəsi yoxdur. Biz yalnız türkiyəli hərbçi və xüsusi təyinatlılarla dağlarda mübarizə aparırıq, biz aeroportlarda və digər dinc obyektlərdə partlayışlar törətmirik".
O həmçinin əlavə edib ki, PKK heç vaxt terrorçu-kamikadzelərdən istifadə etmir. PKK-çı terror aktının İŞİD-in və digər radikal qruplaşmaların dəsti-xətti olduğu qeyd edib.
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında terror aktları nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
BAKU.WS
Oxşar xəbərlər
İŞİD-in ŞOK PLANI: "Anıtkabir"i partlatmaq üçün 10 terrorçu göndərildi
İŞİD terror təşkilatı mayın 19-da Atatürkü anma mərasimləri zamanı Türkiyədə yeni terror aktları planlaşdırır. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə kəşfi...