Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı fəaliyyətə başladı
Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, Naxçıvanda Naxçıvan-İran biznes-forum çərçivəsində Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək, Azərbaycan və İran xalqlarını tarix, mədəniyyət və ortaq dəyərlər birləşdirdiyini diqqətə çatdırb.
"Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması dövlətlərarası və xalqlararası münasibətlərimizin daha bir inkişaf göstəricisi kimi məmnunluq doğurur. Eyni zamanda sərnişin qatarının fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir”, - deyən Ali Məclisin Sədri Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının xeyirli-uğurlu olmasını arzulayıb, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirib.
Asif.H
BAKU.WS
Oxşar xəbərlər
Tehran və Təbrizdən Qəbələyə aviareyslər açılacaq
"Aysan Pərvaz” İranda fəaliyyət göstərən tanınmış turizm şirkətlərdən biridir. Bu şirkət Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Tailand, Rusiya və dünyan...