Bakıda sürücülər üçün yeni tələ: bu ərazilərdən keçərkən ehtiyatlı olun (FOTO)

Bakıda sürücülər üçün yeni tələ: bu ərazilərdən keçərkən ehtiyatlı olun (FOTO)
Sosial 3175

Bakıda sürücülər daha bir problemlə bağlı şikayət edirlər.

BAKU.WS-in məlumatına görə, çoxsaylı sürücü şəhərdə bəzi işıqforların normal işləmədiyindən şikayətlənir. Onlar bəzi küçələrdə işıqforların işıqlarının qəsdən gec yanıb-sönməsindən narahatlıqlarını bildirirlər. Sürücülərin sözlərinə görə, bəzi rəqəmsal işıqforlarda bilərəkdən gecikmələr olur. Yəni qırmızı işığın rəqəmi 01 olandan sonra yaşıla keçid 10-15 saniyə gecikir. Bununla da sürücü 01 olduğunu görüb maşını hərəkət elətdirir. Lakin 20 saniyə gecikməyə görə sürücü bilmədən kameraya işıqforun qırmızı işığında keçmiş kimi düşür. Bununla da, o istəmədən qayda pozur. Sürücülərin sözlərinə görə, belə işıqforlar əsasən "İçərişəhər” metrosu yaxınlığında, Lermantov küçəsiylə Şeyx Şamil küçəsinin kəsişməsində, "Nizami” kinoteatrının qarşısında, Ü.Hacıbəyov - S.Vurğun küçələrin kəsişməsində və Respublika xəstəxanasının qarşısındadır. Ziya Səccad

BAKU.WS 

Oxşar xəbərlər

Bakı-Quba yolunda sürücülərə qurulan tələ (VİDEO)

Bakı-Quba yolunda sürücülərə qurulan tələ (VİDEO)

Bakı-Quba-Rusiya yolunda sürücülər üçün əsl tələ qurulub. BAKU.WS- xəbər verir ki, sürücülər bu barədə avtosfer-ə şikayətlərində bildiriblər. Sürürücülər bildi...

2466 Sosial 14:43 13 oktyabr 2015

Son xəbərlər