Bakıda nəhəng layihə: Yüzlərlə bina söküləcək, 30 min sakin köçürüləcək (VİDEO)

Bakıda nəhəng layihə: Yüzlərlə bina söküləcək, 30 min sakin köçürüləcək (VİDEO)
Video
Sosial 8216

Bakıda tikinti sıxlığı əmsalına tam riayət edilmir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi paytaxt ərazisindəki binaların qaydalara uyğun tikilib-tikilməməsinə münasibət bildirib. Ən önəmli məqam isə binaların sıxlığı ilə bağlıdır. Komitədən verilən məlumata görə 1 hektar ərazidə 3, ən çoxu isə hündürmərtəbəli yaşayış binasının yerləşdirilməsi tövsiyyə olunur. Əksər hallarda isə bu qaydaya əməl edilmir. Yəni, hündürmərtəbəli binalar nəzərdə tutulandan daha sıx tikilir. Bu isə tikilinin istismarının təhlükəsizliyi baxımından yolverilməzdir. Buna görə də tikinti sıxlığı əmsalına tam riayət edilməlidir.

xezerxeber.com-a bildirir ki, bəzən isə heç bir əsaslandırma olmadan, yerli icra hakimiyyətləri orqanlarının təşəbbüsü ilə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış planlaşdırma həllinə tam uyğun gəlməyən layihəqabağı mərhələ həyata keçirilir. Bu da məqsədəuyğun deyil. Çünki belə layihəqabağı mərhələlərdə zəruri informasiyanın 50%-i öz əksini tapır. İşin əsas həcmini isə bu binanın 3D-də olan təsviri təşkil edir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən o da bildirilib ki, gələcək 5 ildə yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Vəsaitin dövlət büdcəsindən deyil, sahibkarlar tərəfindən investiesiya şəklində yatırılması planlaşdırılıb. Bununla əlaqədar indiyədək komitə təqdim olunmuş 52 ərazi planlaşdırma layihəsindən 45-inə razılıq verib. Nəticədə 350 yeni bina, söküləcək 4 min mənzilin əvəzinə isə 18 min mənzil inşa olunacaq. Artıq yeni yaşayış binalarının tikintisinə başlanılıb.

Son xəbərlər