Bakı ətrafında universitet şəhərcikləri inşa olunacaq

Bakı ətrafında universitet şəhərcikləri inşa olunacaq
Sosial 1039

Bakı şəhərinin cənub planlaşdırılması zonası çərçivəsində Ələt qəsəbəsində "Ağıllı şəhər", nəqliyyat qovşağı, biznes idarəçiliyi üzrə ixtisaslaşmış yeni universitetin yaradılması təklif edilir. 

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib. 

"Bakının ərazisindən istifadə və zonalaşdırma Baş Planı çərçivəsində Ələt qəsəbəsinin 200 min əhalisi olacaq regional mərkəz kimi yaradılması ideyası irəli sürülüb. Burada böyük universitetin yaradılması da nəzərdə tutulub", - deyə institut direktoru qeyd edib. 

İ.İsbatovun sözlərinə görə, həmçinin kənd təsərrüfatı və aqroturizimin sürətlə inkişaf etdiyini nəzərə alınaraq, Mərdəkan və Hövsanda universitet şəhərciklərinin yaradılması təklif edilir.

BAKU.WS

Oxşar xəbərlər

Bakının tıxac probleminin həlli üçün unikal addım

Bakının tıxac probleminin həlli üçün unikal addım

"Şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasına başlanıldı. İlk belə mərkəz met...

1330 Sosial 11:21 21 dekabr 2016

Son xəbərlər