Bakıda çox mühüm saziş imzalandı (FOTO)
"Azərbaycanın tranzit potensialının reallaşdırılması, genişləndirilməsi ölkənin davamlı inkişafının təmin edilməsi üçün çox vacibdir.”.
BAKU.WS xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafeyev Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması üçün konsaltinq xidmətlərinin göstərilməsi haqqında sazişin imzalanmasına həsr olunmuş mərasimdə deyib.
Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə ciddi işlər aparır və əhəmiyyətli layihələr reallaşdırır.
Nazir Azərbaycanın nəqliyyat və tranzit imkanları, bu sahədə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumat verib.
Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin nəinki iştirakçı ölkələrin, ümumilikdə bütün regionun inkişafına müsbət töhfə verəcəyini vurğulayıb.
Mərasimdə qeyd edilib ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə də tərəfdaş ölkələrlə danışıqlar davam etdirilir.
Artıq Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub və hazırda Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti layihəsinin reallaşdırılması istiqamətində tərəflər arasında danışıqlar aparılır.
Nazir bildirib ki, yeni Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın tranzit imkanlarının reallaşdırılması baxımdan çox əhəmiyyətlidir:
"Limanın tikintisinə Azərbaycan tərəfindən böyük həcmdə investisiya yönəldilib. Artıq yeni Bakı Limanının tikintisinin birinci mərhələsi üzrə işlər yekunlaşıb. Iimanda 2 yanalma körpüsü fəaliyyət göstərir və daha iki yanalma körpüsü 2016-cı ilin sonuna qədər istifadəyə veriləcək. Ümumilikdə isə yeni Bakı Limanında 11 yanalma körpüsünün tikintisi nəzərdə tutulur”.
Nazir həmçinin bildirib ki, yeni Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində müasir tələblərə cavab verən iri logistik mərkəzin yaradılması nəzərdə tutulur.
Tədbirdə həmçinin"DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov iştirak edib.
"DP World” şirkətlər qrupunun icraçı direktoru Sultan Əhməd bin Sulayem çıxışı zamanı "Bakı Avrasiyanın koordinasiya mərkəzi olmaq üçün bütün zəruri imkanlara malikdir” – deyib:
"Biz Bakını Avrasiyanın koordinasiya mərkəzinə çevirmək istəyirik. İnanırıq ki, sizin bunun üçün zəruri olan yüksət texnologiyalarınız və resurslarınız var. Bizim isə təcrübəmiz var. Bütün bunları birləşdirərək biz ("DP World" və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı - red.) vahid güclü kommersiya strukturuna çevrilə bilərik”.
Daha sonra tərəflər arasında müqavilə imzalanıb. Sənədi iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov və "DP Worlds” şirkətlər qrupunun prezidenti Sultan Əhməd bin Sulayem imzalayıblar.
Müqaviləyə əsasən, şirkətlər qrupu xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də iqtisadi zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyəti ilə bağlı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına məsləhət xidməti göstərəcək.
Tədbirdən olan fotoları trend.az-a istinadən təqdim edirik:
Aytən Həsənova
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Gəncə sürət qatarı xəttə buraxılacaq
"2017-ci ilin sonunadək Bakı-Gəncə sürətli qatar marşrutunun açılması planlaşdırılır”. BAKU.WS xəbər verir ki, bu sözləri jurnalistlərə "Azərbaycan Dəmir Yolla...