Bakı-Gəncə sürət qatarı xəttə buraxılacaq

Bakı-Gəncə sürət qatarı xəttə buraxılacaq
İqtisadiyyat 2296

 

"2017-ci ilin sonunadək Bakı-Gəncə sürətli qatar marşrutunun açılması planlaşdırılır”.

BAKU.WS xəbər verir ki, bu sözləri jurnalistlərə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması üçün konsaltinq xidmətlərinin göstərilməsi haqqında sazişin imzalanmasına həsr olunmuş mərasimində deyib.

Sədrin sözlərinə görə, bu istiqamətdə qatarların sürəti 100-140 km/saat təşkil edəcək.

Gediş haqqına gəlincə, QSC sədri deyib ki, qiymət təqribən 15 manat olacaq: 

"Qatarlarda Wi-Fi da olacaq. İnsanlar Gəncəyə 3,5 saata çata biləcəklər” , - deyə, C.Qurbanov bildirib.

Aytən Həsənova

BAKU.WS

Son xəbərlər