Cavid Qurbanov qanunsuz tikililərdən danışdı
Azərbaycanda dəmiryolu yaxınlığında olan evlərin sökülməsi məsələsi baradə müzakirələr aparılır.
BAKU.WS-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə bir çox işlər görülür.
"Dəmiryolu ətrafında qanunsuz tikililərin sökülməsi, ərazilərin hasarlanması məsələlərinə baxılır. Bu istiqamətində yeniliklər olarsa, mətbuata məlumatlar veriləcək”, - deyə Cavid Qurbanov bildirib. Qurum sədri onu da vurğulayıb ki, hazırda bu istiqamətdə əhali siyahıya alınır: "Hələlik dəmiryolu ətrafında olan evlər və əhalinin siyahıya alınması prosesi gedir”. Ayşən Ayxan BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb
Bu ilin 10 ayı ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb. BAKU.WS-in məlumatına görə, bunu Avropa Şurası və Azərbaycan Daxili İşlər Nazirli...